Bilal Auşeriya: “Avrokubok üçün əlimizdən gələni edəcəyik” – Müsahibə
19.10.2023 - 14:49
Bilal Auşeriya: “Avrokubok üçün əlimizdən gələni edəcəyik” – Müsahibə

 “Qəbələ”nin yarımmüdafiəçisi Bilal Auşeriyanın apasport.az saytına müsahibəsi
 
-Milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yaranmışdı. Fasilədən necə istifadə etdiniz? Bakıda qaldın, yoxsa Avropaya yollandın?
-Bu fasilədə daha çox ailəmlə vaxt keçirdim. Bakıda qaldım. Şəhəri kəşf etməyə çalışdım, ailəliklə paytaxtı çox bəyənirik.

-“Qəbələ” ilk dövrəni 9-cu pillədə başa vurdu. Yəqin ki, nəticə sizi qane etmədi. Niyə belə oldu?
-Təbii ki, nəticələr bizi qane etmədi. Daha çoxunu istəyirdik. “Qəbələ”nin oyunlarına baxsanız, görərsiniz ki, “Sabah”la matçı çıxmaq şərtilə, digər matçlarda yaxşı oynadıq, qalibiyyətə çox yaxın olduq. İkinci dövrə etdiyimiz səhvləri düzəltməyə çalışacağıq.

-“Qəbələ” hazırlıq dövrünü necə keçirdi? İndi daha hazır olduğunuzu demək olar?
-Yeni dövrəyə tam hazır başlamaq üçün bu fasiləni çox diqqətli keçirdim. Yayda hazırlıq dövrü keçməmişdim, “Qəbələ”nin düşərgəsinə yollanmamışdım. Ona görə də fasilədən bunun üzərində işləmək üçün istifadə etdim.

-“Qəbələ” növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaq. Bu qarşılaşma və rəqib haqqında nə düşünürsünüz? 
-“Araz-Naxçıvan” hazırda 14 xala malikdir. Nəticələr baxımından birinci dövrəni çox yaxşı keçirdilər. Çətin və yığcam komandadır. Bu səbəbdən, oyuna yaxşı hazırlaşmalıyıq.

-İlk turda “Araz-Naxçıvan”a məğlub olmuşdunuz. Həmin matçı necə xatırlayırsan?
- Bəli, ilk dövrədə rəqibə 0:2 hesabı ilə uduzmuşduq. Açığı, “Araz-Naxçıvan” yaxşı oynamışdı, əllərinə düşən şansları maksimum dəyərləndirmişdilər. 

-Sizcə, “Qəbələ” mövsümün sonunda avrokuboklara vəsiqə qazana biləcək?
-Avrokubok üçün əlimizdən gələni edəcəyik. İlk növbədə, səbirlə, addım-addım komandanı liqada daha yaxşı vəziyyətə salmağa çalışacağıq. Əminəm ki, bunu bacaracağıq.

-Bu, gördüyümüz Bilaldır, yoxsa hələ pik nöqtədə deyilsən? Qəbələyə, komandaya, Azərbaycana adaptasiya olmusan?
-Mənim zirvəm hər oyunda qol vurmaq, qol ötürməsi verməkdir. Komandaya lazım olan hər mövqedə, hətta müdafiədə də kömək etməkdir. Hər şey ilk növbədə komanda üçündür. Amma indi ən yaxşı formamdayam. İnanıram ki, “Qəbələ”yə daha yaxşı tərəfdən kömək olacam.
 

0