“Birlik kuboku” bərpa olunacaqmı?!
13.10.2023 - 20:57
“Birlik kuboku” bərpa olunacaqmı?!

Müstəqil Dövlətlər Birliyi təmsilçiləri arasında keçirilən futbol üzrə “Birlik kuboku”nun bərpa edilə bilər.

Apasport.az-ın məlumatına görə, MDB ölkələrinin Bişkek sammitində bu barədə təklif irəli sürülüb.

Təklif Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən gəlib.  O, Özbəkistanın növbəti turniri təşkil etmək arzusunda olduğunu bildirib: “Birlik kubokunun bərpasını təklif edirəm və Özbəkistan gənclər yığmaları arasında keçiriləcək oyunları təşkil edə bilər”.

Qeyd edək ki, “Birlik kuboku” 1993-cü ildən Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub. 2011-ci ilədək turnirdə MDB ölkələri çempionları iştirak ediblır. 2012-ci ildən turnir 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunub. Yarış sonuncu dəfə 2016-c ilə də baş tutub.
 

0