Cüdo üzrə Azərbaycan yığması Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, martın 22-24-də baş tutacaq yarışda millimiz 15 cüdoçu ilə təmsil olunacaq.
Komandamız Tbilisidə 9 çəki dərəcəsində mübarizə aparacaq. Yığmada 4 qadın, 11 kişi cüdoçu yer alıb.
Böyük Dəbilqədə iştirak edəcək heyət
Qadınlar
Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Acelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kq)
Kişilər
Balabəy Ağayev, Turan Bayramov (hər iksi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), İbrahim Əliyev (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq)
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 83 ölkədən 548 idmançı iştirak edəcək.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir