“Neftçi”nin hücumçusu Gilyerme Patonun ölkəsi Braziliyaya qayıtmaq ehtimalı olub.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 21 yaşlı futbolçunun sabiq klubu “İnternasional” onu diqqətdə saxlayıb.
Bu ilin yanvarında Azərbaycan klubuna transfer olunan Patonun “ağ-qaralar”dakı oyunlarını “İnternasional”ın skautları izləyib. Lakin onun “Neftçi”də heyətə düşə bilməməsi və gözlənilən performansı sərgiləməməsi onları bu transferdən vaz keçirib. Gənc forvard ötən mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda 1 qol vurub.
Qeyd edək ki, Gilyerme Patonun “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”
- “Turan Tovuz” – “Fənərbaxça” matçının başlama saatı bəlli oldu
- Millimiz Qəbələdə ilk yoxlanış matçını keçirib
- Prezident çempionatla bağlı sərəncam imzaladı
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib