“Mingəçevir”dən darmadağın, “Cəbrayıl” “Baku Sporting”i məğlub etdi - YENİLƏNİB
01.05.2025 - 18:51
“Mingəçevir”dən darmadağın, “Cəbrayıl” “Baku Sporting”i məğlub etdi - YENİLƏNİB

Bu gün Birinci Liqada XXIV tura start verilib. 

Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. 

"Cəbrayıl" evdə "Baku Sporting"i qonaq edib. Gərgin keçən qarşılaşmada qapılara 3 top vurulub. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Difai" isə öz meydanında "Mingəçevir"lə qarşılaşıb. Qonaqlar rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Birinci Liqa
XXIV tur

13:00. "Cəbrayıl" - "Baku Sporting" 2:1

17:00. "Difai" - "Mingəçevir" 1:4