Azərbaycan futbolunda daha bir xoşagəlməz hadisə baş verib.
Apasport.az-ın əldə etdiyi məlumata görə, ölkə çempionatının I Liqasında çıxış edən “Cəbrayıl”da işlər heç də yaxşı getmir.
Klub hazırda maliyyə böhranı yaşayır. Nəinki futbolçuların, hətta texniki heyətin də maaşlarının müəyyən qismi kəsilib.
Bu barədə komandanın baş məşqçisi Elhad Nəziri saytımıza açıqlama verib: “Maddi durumumuz ağır olaraq qalır. Futbolçular da psixoloji cəhətdən bunun altından çıxa bilmirlər. Onları oyuna kökləmək üçün maliyyə problemlərini həll etməyə çalışırıq. Klubun 90 faizinin, texniki heyətin və futbolçuların maaşları kəsilib. Böyük məvaciblər almasalar da, belə hallar komandaya təsir edir. Amma bu, o demək deyil ki, futbolçuların maaşı kəsilibsə, matçlara laqeyd yanaşmalıdırlar. Bu günkü epizodların hamısı analiz olunacaq. Oyunçular niyə belə etdiklərlərinin cavabını mənə verəcəklər”.
İsmayıl Xeyrullayev
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi