“Çelsi”dən “Börnli”yə
08.08.2025 - 21:24

"Çelsi"nin hücumçusu Armando Broya komandanı tərk edib.
Apasport.az xəbər verir ki, o, karyerasını "Börnli"də davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Börnli" London təmsilçisinə 23 milyon avro təzminat ödəyəcək. 23 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Armando Broya "Çelsi"nin yetirməsidir.
0
0