“Çelsi”dən yeni müqavilə
19.10.2023 - 17:37
“Çelsi”dən yeni müqavilə

“Çelsi” futbolçusu Yan Matsenlə müqaviləni uzadır.

Apasport.az xəbər verir ki, niderlandlı müdafiəçi 2025-ci ilədək İngiltərə klubunda forma geyinəcək.

Bununla bağlı futbolçunun agenti ilə razılıq əldə olunub. Onun indiki müqaviləsinə əməkdaşlığın 2025-ci ilədək artırılması əlavə ediləcək. Bu, Matsenin yayda azad agent statusu almaması üçün atılan addımdır.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə 8 oyun keçirib.

0