Ceyhun Sultanov: "Samir Abasov sarğını Emin Mahmudova qaytaracaq"
23.10.2024 - 16:12
Ceyhun Sultanov: "Samir Abasov sarğını Emin Mahmudova qaytaracaq"

“Böyük ümidlərlə gətirilən Roman Qriqorçuk “Neftçi”ni bu vəziyyətdən çıxara bilmədi. Əlində isə yetərli material var idi. Hətta eyni heyətlə Samir Abasov Avropa Liqasına belə yollana bilər”.

Bu sözləri apasport.az saytına açıqlamasında Ceyhun Sultanov deyib.

Təcrübəli mütəxəssis “Neftçi”nin durumunu dəyərləndirib: “Komandanın nə zaman toparlanacağını demək çətindir. Samir Abasovun gəlişindən sonra “Səbail”i məğlub etməyi bacardılar. Belə qələbələr inamı qaytarır. Növbəti qalibiyyətlərdən sonra özünəinam daha da artacaq. “Ağ-qaralar”ın növbəti rəqibi “Sabah”dır. Bu səfər komandanı daha ciddi sınaq gözləyir. Matç çox ağır və maraqlı olacaq. Bu görüşdə favorit görmürəm. Şansları bərabər sayıram. “Neftçi”nin heyəti digər klublardan heç də zəif deyil, hətta deyərdim ki, daha güclüdür”. 

Veteran futbolçu kapitanlıq mövzusuna da toxunub: “Kapitanlıq mövzusunda hələ ki, heç nə bəlli deyil. “Səbail”lə matçda kapitan Rza Cəfərov idi. Bu, onun üçün əlavə stimul oldu. Düşünürəm ki, Samir Abasov sarğını Emin Mahmudova qaytaracaq”.

İsmayıl Xeyrullayev

0