Coşqun oynadı, komandası heç-heçə etdi
22.12.2024 - 20:55
Coşqun oynadı, komandası heç-heçə etdi

Türkiyə 1-ci Liqasında XVII tur davam edir.

Apasport.az xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" da növbəti matçını keçirib.

Komanda "Erokspor"un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Diniyev 72-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 33 xal toplayan "Bandırmaspor" liderdən 2 xal geri qalır.

0