Dadaşov debüt oyununda fərqləndi
28.02.2025 - 23:51
Dadaşov debüt oyununda fərqləndi

Renat Dadaşov "Radomyak"ın heyətində debüt edib.

Apasport.az xəbər verir ki, onun komandası Polşa çempionatının XXIII turunda "Vidzev"lə qarşılaşıb.

Millimizin futbolçusu oyuna 80-ci dəqiqədə daxil olub.

Hücumçu son dəqiqələrdə "Radomyak"ı məğlubiyyətdən xilas edib. Onun vurduğu qolla görüş 1:1 hesabı ilə başa çatıb.

Rahil Məmmədov isə bu matçda iştirak etməyib.

Qeyd edək ki, "Radomyak" 23 turdan sonra 25 xalla 13-cü pillədə qərarlaşıb.