UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” - “Orhus” oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
Apasport.az xəbər verir ki, “Sabah”ın oyunöncəsi mətbuat konfransı avqustun 10-da, saat 17:45-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq.
Komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:15-də “Sabah” Futbol Mərkəzində keçiriləcək.
“Orhus”un oyunöncəsi mətbuat konfransı avqustun 10-da saat 17:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, “Sabah” - “Orhus” oyunu avqustun 11-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək