Davit Volkovun yeni komandası rəsmən açıqlandı
12.06.2022 - 15:42
Davit Volkovun yeni komandası rəsmən açıqlandı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Apasport.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, Gürcüstan millisinin üzvü Davit Volkovla 2 illik müqavilə bağlanıb.

27 yaşlı hücumçu karyerası ərzində Gürcüstanın “Qaqra” (2012/13), “Dinamo” (Tbilisi, 2013-2016), “Çixura” (2015/16), “Sioni” (2016), “Saburtalo” (2017-2018), Serbiyanın “Zemun” (2016/17), Azərbaycanın “Qəbələ” (2018-2020) və “Zirə” (2020-2022) klublarında çıxış edib.

Davit “Sabah”da 18 nömrəli formada çıxış edəcək.

1