“Şadam ki qələbə qazandıq. Çox sevinirəm ki, komandama kömək edə bildiim". Apasport.az saytının xüsusi müxbirinin verdiyi məlumata görə, bunu dünya çempionatının Səudiyyə Ərəbistanı ilə keçirilən açılış oyunundan sonrakı mətbuat konfransında Rusiya millisinin üzvü Denis Çerışev deyib.
FİFA tərəfindən mundialın ilk qarşılaşmasının ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi əsas diqqəti bundan sonrakı oyunlara yönəltməyin vacib olduğunu bildirib: "Dayanmaq olmaz. İrəli getmək lazımdı".
Qeyd edək ki, Rusiya yığmasının Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub etdiyi görüşdə Çerışev dubla imza atıb.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub