Dünya çempionatının qrup mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanı ilə keçirilən qarşılaşma Uruqvay yığmasının hücumçusu Luis Suares üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu millinin heyətində yubiley matçına çıxıb.
Hazırda davam edən görüş Suaresin yığma formasında 100-cü oyunu olub. O, öz yubileyinə qol hədiyyəsi verib. Belə ki, “Barselona”nın forvardının 23-cü dəqiqədə vurduğu top hələlik qarşılaşmada yeganədi.
Yığmada 52-ci dəfə fərqlənən Suarez oyun sayına görə, yalnız Edinson Kavani, Kristian Rodriges, Dieqo Forlan, Dieqo Qodin və Maksi Pereyradan geri qalır. Adıçəkilən futbolçulardan təkcə Forlan yığma karyerasını bitirib.
Qeyd edək ki, Luis Suares 2007-ci ildən cənubi amerikalıların formasını geyinir.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub