Bu gün start götürəcək dünya çempionatı iki komanda – Panama və İslandiya üçün yeni yarış olacaq. Apasport.az saytı xəbər verir ki, onlar debüt matçına çıxmaqla mundiallar tarixində iştirak etmiş komanda sayını 81-ə çatdıracaqlar.
1930-cu ildə Uruqvayda təməli qoyulan 88 illik dünya çempionatlarında indiyə qədər 79 müxtəlif yığma mübarizə aparıb. 104 görüşdə meydana çıxan və bunun 70-də qələbə qazanan Braziliya hamıdan çox xal toplayıb – 227. Almaniya isə 106 qarşılaşmada iştirak etməsində baxmayaraq, 218 xalla ikinci sırada qərarlaşır. Siyahının üçüncü pilləsində 83 oyunda 45 qələbə qazanan və 156 xala sahib olan İtaliya yer alır.
Mundiallarda ən çox oyun keçirən komandalar da yuxarıda adları sadalananlardı. Sadəcə, bu baxımdan lider Almaniyadısa, Braziliya və İtaliya onu izləyir. Argentinanın isə aktivində 77 matç var.
Dünya çempionatına qatılan millilərdən 9-u xal üzünə həsrət qalıb. Bunlar İndoneziya, İraq, Toqo, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Haiti, Zair və Salvadordu. Bu komandalardan yalnız Salvador iki dəfə turnirə qatılmağı bacarıb. Digərləri isə cəmi 1 dünya çempionatı həyəcanı yaşayıb.
İndiyə qədər mundiallarda 5 komanda qolsuz qalıb. Belə ki, Trinidad və Tobaqo, İndoneziya, Kanada, Çin və Zair qatıldığı dünya çempionatını qolsuz tərk ediblər.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub