[b]DÇ-2018: Raşford məşqlərə qatılmır
[/b]
14.06.2018 - 15:03
İngiltərə yığması Repinodakı bazasında Tunislə oyun öncəsi hazırlıqlarını davam etdirir. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, millinin hücumçusu Markus Raşford məşqlərdə iştirak edə bilmir.
Raşford artıq iki gündür çalışmalara qatılmır. Onun dizində ağrılar var. 20 yaşlı hücumçu istisna, digər heyət üzvləri məşqlərdə iştirak edir.
Raşfordun Tunislə oyuna əsas heyətdən başlaması gözlənilmir.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0