DÇ-də Azərbaycan – Portuqaliya 1/8 finalı
01.11.2023 - 00:13
DÇ-də Azərbaycan – Portuqaliya 1/8 finalı

Azərbaycan yığmasının BƏƏ-də keçirilən minifutbol üzrə dünya çempionatının 1/8 finaldakı rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, millimiz Portuqaliya komandası ilə üz-üzə gələcək.

Qrup mərhələsini lider başa vuran Azərbaycan futbolçuları bütün görüşlərdə qələbə qazanıblar. Portuqaliya millisi isə üç oyunun ikisində qalib gələrək, qrup mərhələsini ikinci pillədə başa vurub.

Qeyd edək ki, 1/8 final mərhələsinin Azərbaycan – Portuqaliya matçı bu gün saat 18:30-da baş tutacaq.
 

0