Azərbaycan yığmasının futbolçusu Coşqin Diniyevin "Çorum"dakı debütü uğurlu alınıb.
Apasport.az xəbər verir ki, o, Türkiyə I Liqasının XXIV turunda komandanın heyətində keçirdiyi ilk oyunda iki dəfə fərqlənib.
Bir neçə gün əvvəl "Bandırmaspor" "Çorum"a dəyişən Coşqun 14-cü dəqiqədə hesabı açıb. O, fasilədən dərhal sonra daha bir qol vuraraq, komandasının "Yeni Malatyaspor"la görüşdə 3 xal qazanmasında böyük rol oynayıb.
Qarşılaşma "Çorum"un 2:0 hesablı qələbəsi yekunlaşıb.
Qeyd edək ki, "Çorum" qazandığı 3 xal sayəsində xallarının sayını 38-ə çatdıraraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.