Diniyev “Neftçi”nin transfer siyahısında
30.10.2023 - 14:22
"Neftçi"nin transfer siyahısında yer alan futbolçulardan biri bəlli olub.
Apasport.az xəbər verir ki, baş məşqçi Adrian Mutunun bəyəndiyi futbolçular arasında milli komandamızın üzvü Coşqun Diniyev də var.
Rumıniyalı mütəxəssis 28 yaşlı yarımmüdafiəçisi sərəncamında görmək istəyir. Hazırda Türkiyədə "Ümraniyespor"da forma geyinən Diniyev Azərbaycan millisindəki çıxışı ilə "Neftçi"nin maraq dairəsinə düşüb.
Qeyd edək ki, bu yay "Ümraniyespor"a keçən futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"
1
0