[b]Əlçatmaz Keyn [/b]
14.07.2018 - 20:24
[b]Əlçatmaz Keyn

[/b]

DÇ-2018-in ən yaxşı bombardirləri Hari Keyn və Romelu Lukaku mundialı başa vurub. Apasport.az saytının məlumatına görə, İngiltərə və Belçika arasında 3-cü yer uğrunda oyunda onlardan heç biri fərqlənə bilməyib.

 

2:0 hesablı qələbə Lukakuya bürünc medal qazandırıb. Lakin 4 qollu hücumçu bombardirlər siyahısında 2-ci sıraya şərik qalıb. Keyn isə 6 topla cədvəlin ilk pilləsindəki mövqeyini qoruyub.

 

İngiltərə yığmasının kapitanının “Qızıl buts” almamasına yalnız möcüzə mane ola bilər. Çünki mundialın sonuna cəmi 1 oyun qalıb. Finalın iştirakçıları arasında 3-dən çox qol vuran yoxdu. Bu da o anlama gəlir ki, Keyni taxtdan salmaq üçün het-trik və ya poker qeydə alınmalıdı. Finalda belə halın yaşanması isə az qala möcüzə sayılar. Çünki 6 oyuna 2-3 qol vuranların finalda 3-4 dəfə fərqlənməsi real görünmür. Bu üzdən də Keyn əlçatmaz görünür.

 

Qeyd edək ki, finalçılar arasında Killian Mbappe və Antuan Qrizmann daha çox – hərəyə 3 qol vurub.

 

DÇ-2018: 3 və daha çox qol vuranlar

1. Hari Keyn (İngiltərə) – 6

2-4. Romelu Lukaku (Belçika) – 4

Kriştianu Ronaldo (Portuqaliya) – 4

Denis Çerışev (Rusiya) – 4

5-9. Eden Azar (Belçika) – 3

Yeri Mina (Kolumbiya) – 3

Artyom Dzyuba (Rusiya) – 3

Killian Mbappe (Fransa) – 3

Antuan Qrizmann (Fransa) – 3

0