
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Zirə" - "Araz-Naxçıvan" matçından (0:2) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Bilirdik ki, ağır oyun olacaq. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Futbolçularım bu gün yaxşı iş gördülər. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu matçı unudub çempionat oyununa hazırlaşmağımız vacibdir. Heyətdə zədəli oyunçuların çox olmasına baxmayaraq, yolumuza davam edirik".
- Zədəli futbolçular nə vaxt komandaya qoşulacaq?
- Bəzilərində mikrozədədir, bəziləri komanda ilə məşqlərə başlayıb. Getdikcə optimal heyətə yaxın olacağıq.
- Cütün taleyini 3 penalti həll etdi. Bunu əvvəlcədən proqnozlaşdırmaq olardı?
- Düşünürəm ki, təsadüfdür. Bu gün "Zirə"nin də yaxşı epizodları oldu. Qapıçımız yaxşı oynadı. Penalti də oyunun bir hissəsidir. Biz də bundan istifadə etdik.