Emil Mustafayev: "Milli komandaya yenidən dəvət olunmaq istəyirəm"
01.10.2024 - 10:31
Emil Mustafayev: "Milli komandaya yenidən dəvət olunmaq istəyirəm"

Azərbaycan milli komandasının və Ukraynanın “Polesye” klubunun üzvü Emil Mustafayev apasport.az-a açıqlama verib. 

O, Ukraynadakı komandasının çıxışından danışıb:

“Komandamız pis çıxış etmir. Son turda səfərdə qələbə qazanmağı bacardıq. “Karpatı” ilə səfər oyunları həmişə çətin keçir. Ancaq önəmli qələbə qazandıq. Hazırda komandamız üçüncü pillədədir. Liderdən 2 xal geridə qalırıq. Mövsüm yeni başlayıb, cəmi 7 tur geridə qalıb. Bizim yaxşı komandamız var. Həqiqətən də, güclü komandada oynayıram. Buna görə də, şadam. Mövsümün əsas hissəsi irəlidədir. Çalışırıq ki, hər oyunda qələbə qazanaq və mövsümü də yaxşı nəticələrlə başa vuraq”.

Mustafayev gələn ay toplanacaq və Estoniya ilə qarşılaşacaq milli barədə də danışıb:
“Bəli, qarşıdakı ayda milli komanda toplanacaq. Klubumda ən yaxşı səviyyədə oynayaraq, milli komandaya yenidən dəvət olunmaq istəyirəm. Yeni, böyük təcrübəyə malik baş məşqçimiz var. Qarşıdakı oyunlarda da əlimizdən gələni edəcəyik".

0