Əyyub Allaş "Araz-Naxçıvan"da - Rəsmi
06.02.2025 - 09:18
![Əyyub Allaş "Araz-Naxçıvan"da - Rəsmi](https://apasport.az/storage/news/2025/february/06/big/67a444e041baf67a444e041bb0173881878467a444e041bad67a444e041bae.jpg)
"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldovada "Şerif"də çıxış edib.
Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.
0
0