Fariz Nəcəfov onunla vidalaşdıqlarını açıqladı
19.06.2022 - 19:04
Fariz Nəcəfov onunla vidalaşdıqlarını açıqladı

"Qəbələ" futbolçusu Fernan Lopeslə yollarını ayırıb.

Bu barədə apasport.az saytına klubun prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, ispaniyalı orta sahə oyunçusu ailə vəziyyətinə görə əyalət təmsilçisinə qayıtmaq istəməyib: "Stefan Vukçeviçlə bağlı məsələ isə açıq olaraq qalır".

Qeyd edək ki, Fernan Lopes ötən ilin oktyabrında "Qəbələ" ilə müqavilə bağlayıb. 27 yaşlı futbolçu daha əvvəl 2019/20 mövsümündə də Qəbələ"nin formasını geyinib.
 

0