Fərid Qayıbov və Orxan Məmmədov millimizlə görüşdü
24.10.2023 - 18:03
Fərid Qayıbov və Orxan Məmmədov millimizlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov milli komandanın üzvləri ilə görüşüblər.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Görüş BƏƏ-də keçiriləcək dünya çempionatına həsr olunub. Qayıbov və Məmmədov Asiyadakı turnirdə mübarizə aparacaq yığmamıza uğurlar arzulayıblar. 

Qeyd edək ki, millimiz dünya çempionatına bu gün yola düşüb.
 

0