Fernandu Santuş sabah mətbuat konfransında danışacaq
12.10.2024 - 14:21
Fernandu Santuş sabah mətbuat konfransında danışacaq

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 14-də, Bakı şəhərindəki Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub. 

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:

13 oktyabr

Azərbaycan milli komandası

16:15. Mətbuat konfransı

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Slovakiya milli komandası

18:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

19:30. Mətbuat konfransı

0