Futbolumuzun qaranlıq SABAHI
19.06.2022 - 14:15
Futbolumuzun qaranlıq SABAHI

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Futbol üzrə Azərbaycan milli komandası heç vaxt azarkeşlərini ciddi uğurla sevindirməyib.

Apasport.az saytının məlumatına görə, nadir təsadüf olunan qələbələr boş ümiddən başqa bir şey olmayıb.

Amma hər dəfə “ümid sonda ölür”ü yada salan fanatlar növbəti tsiklləri ümidlə gözləyib. Qarşıdakı sınaqlar, gələcək isə bugünkü aşağı yaş qrupu üzrə yığmalardır. Millimizin sabahı isə U-21-dir.

Bu milli Azərbaycanın 1 nömrəli komandasının uzaq gələcəyi deyil, bir neçə ildən sonrakı əksini nümayiş etdirir. Amma kaş ki, etdirməyəydi. U-21-in nəticələri onu göstərir ki, millimizin bu günü kimi sabahı da olmayacaq.

Söhbət yeni başa çatan seçmə mərhələdən gedir. AVRO-2023-ə vəsiqələr uğrunda mübarizə... Bu mübarizə heç vaxt bizim yığma üçün olmayıb və bu dəfə də ənənə davam etdi. 3-4 iddialı komandanın turnirə vəsiqə uğrunda yarışında ən yaxşı halda kiməsə badalaq vurmağı bacaran komandamız bu dəfəki tsikli də Milan Obradoviçin rəhbərliyi altında keçirdi.

Serbiyalı mütəxəssisin yetirmələri qrupun aşkar autsayderi Estoniyaya iki qarşılaşmada 8 cavabsız qol vurmaqla özünü qəhrəman kimi göstərsə də, əslində özü də digərləri üçün xal mənbəyindən artıq deyildi. Düzdür, millimiz sonda 3-cü olan Finlandiyanı 2 xaldan məhrum etməyi bacardı. Son görüşdə isə az qala Norveçin AVRO-2023 yolunu pley-offdan salıb, Xorvatiya üçün qapını açacaqdı. Amma bunu da bacarmadılar...

Nəticədə 10 görüşdə cəmi 7 xal toplayan millimiz ənənəvi yerində - son 2 pillədən birində qərarlaşdı. Yalnız Estoniyanı qabaqlayan yığmamız ortabablardan 2 dəfədən çox, liderlərdən 3 dəfədən çox geri qaldı.
 
A qrupunun turnir cədvəli:

1

Norveç

10

8

0

2

26-11

24

2

Xorvatiya

10

7

1

2

25-10

22

3

Finlandiya

10

6

1

3

18-13

19

4

Avstriya

10

5

1

4

22-13

16

5

Azərbaycan

10

2

1

7

12-24

7

6

Estoniya

10

0

0

10

0-32

0

Obradoviçin yetirmələrinin ayrı-ayrı oyunlardakı nəticələri də üzücüdür. Estoniyanı iki dəfə böyük hesabla üstələyən yığmamız 4 matçda özü darmadağın olub. Hələ nəzərə alaq ki, qrupumuzda Avropanın böyük futbol ölkələrindən heç biri olmayıb. İlk 4 pillənin sahiblərindən hərəsi bir dəfə yığmamıza “dərs keçib”. Avstriyadan alınan zərbə daha acınacaqlı olub – 0:6.

Millimizin bütün oyunları:
02.09.2021. Xorvatiya – Azərbaycan – 2:0
07.09.2021. Avstriya – Azərbaycan – 6:0
08.10.2021. Azərbaycan – Finlandiya – 1:1
12.10.2021. Azərbaycan – Xorvatiya – 1:5
12.11.2021. Azərbaycan – Avstriya – 0:3
16.11.2021. Azərbaycan – Norveç – 1:2
25.03.2022. Azərbaycan – Estoniya – 3:0
03.06.2022. Estoniya – Azərbaycan – 0:5
07.06.2022. Finlandiya – Azərbaycan – 3:0
14.06.2022. Norveç – Azərbaycan – 2:1

AVRO-2023-ün seçmə mərhələsində yığmamızın heyətində 34 futbolçu forma geyinib. Eksperimentlər aparan Obradoviç çox oyunçu sınasa da, istənilən nəticəni qazanacaq heyəti tapa bilməyib. Bəzi futbolçuları əsas milliyə göndərən, digərlərini oradan heyətə cəlb edən serbiyalı başqa ölkələrin oyunçularını da milliləşdirmək ənənəsini dayandırmayıb.

Yalnız iki futbolçu bütün oyunlarda meydana çıxıb. Bunlar Musa Qurbanlı və Rüfət Abdullazadədir. Musa həm dəqiqə, həm qol sayında da rekordçudur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu 5 qola imza atıb. Komandanın ikinci bombardiri İsmayıl Zülfüqarlı isə 2 dəfə fərqlənib. Digər qol müəllifləri hərəyə bir dəfə rəqib qapısına yol tapa bilib.

Futbolçu

Oyun

Dəq

Qol

Sarı

Qırmızı

Musa Qurbanlı

10

775

5

1

0

Rüfət Abdullazadə

10

641

1

1

0

Şakir Seyidov

8

659

0

1

0

İldar Ələkbərov

8

301

1

1

0

Rauf Hüseynli 

7

630

1

3

0

Ədilxan Qarəhmədov

7

480

0

1

0

İsmayıl Zülfüqarlı

7

455

2

1

0

Səbuhi Abdullazadə

7

306

0

1

0

Asim Əlizadə

7

273

0

0

0

Cəlal Hüseynov

6

540

0

2

0

Nicat Mehbalıyev

6

540

-19

0

0

Zamiq Əliyev

5

450

0

1

0

Turan Vəlizadə

5

303

0

4

1

Əkpər Vəliyev

4

360

-5

0

0

Elvin Cəfərquliyev

4

360

0

1

0

Nihad Quliyev

4

360

0

1

0

Samet Karakoç

4

346

0

0

0

Arsen Ağcabəyov

4

337

0

1

0

Ceyhun Nuriyev

4

264

1

1

0

Camal Cəfərov

4

179

0

0

0

Fərid Yusifli

4

161

0

2

0

Mustafa Yıldırım

4

118

0

1

0

Rüstəm Əhmədzadə

3

239

0

0

0

Abdulla Xaybullayev

3

135

1

0

0

Kamran Quliyev

3

29

0

0

0

Elçin Mustafayev

2

180

0

1

0

Emil Mustafayev

2

148

0

1

0

Mert Çelik

2

113

0

0

0

Abdulla Rzayev

2

92

0

0

0

Emil Səfərov

2

19

0

0

0

Vüsal Əsgərov

2

14

0

1

0

Ramin Əhmədov

1

45

0

0

0

Hüseyn Mürsəlov

1

14

0

0

0

Veysəl Rzayev

1

14

0

0

0

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur

0