Mərakeş millisinin yarımmüdafiəçisi Nordin Amrabat dünya çempionatının qrup mərhələsində Portuqaliya ilə keçirilən oyunu dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, qələbəyə layiq çıxış etdiklərini vurğulayıb.
Amrabat görüşün baş hakimi Mark Gigeri də tənqid edib. Futbolçu ABŞ-lı referinin fasilədə yeganə qolun müəllifi olan Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldodan formasını istədiyini bildirib: “Hakim Ronaldonun təsiri altında qalmışdı. Hətta fasilədə ondan formasını da istəyib. Bunu Pepe danışarkən eşitdim. Qəribə hərəkətdi. Bura dünya çempionatıdı, sirk deyil”.
Amrabat qarşılaşmanın 30-cu dəqiqəsindəki mübahisəli epizoda da toxunub. O, penaltilərinin verilmədiyini iddia edib: “Rəqib yalnız müdafiə olunurdu. 5-6 real qol vəziyyətimiz oldu. Biz qələbəyə daha çox layiq idik. Hətta Ronaldo da meydanın özlərinə aid hissəsinə çəkilmişdi. O ki qaldı penalti epizoduna, hakim orda yanlış qərar verdi. Tez-tez VAR sistemindən danışırlar. Əgər istifadə etməyəcəklərsə, danışmağın heç bir mənası yoxdu”.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub