Hakimləri təhqir etdi: 5 oyun cəza, 4000 manat cərimə
31.10.2023 - 12:29
Hakimləri təhqir etdi: 5 oyun cəza, 4000 manat cərimə

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XI, I Liqanın Vı turunun oyunlarında baş verənlər müzakirə olunub.

Komitə aşağıdakı qərarları qəbul edib:

Misli Premyer Liqası XI tur

28.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

28.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Kəpəz” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32)

29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 72.4);

29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);

29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 36.5);.

29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

30.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

30.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

I Liqa VI tur

25.10.2023-cü il tarixində I Liqanın VI turunun “Zaqatala” – “Araz Saatlı” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 51.2);

25.10.2023-cü il tarixində I Liqanın VI turunun “Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);

25.10.2023-cü il tarixində I Liqanın VI turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);

25.10.2023-cü il tarixində I Liqanın VI turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununun 77-ci dəqiqəsində “Karvan” klubunun 10 nömrəli futbolçusu Akif Tağıyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Karvan” klubu 50 manat cərimə edilir (maddə 36.5);

25.10.2023-cü il tarixində I Liqanın VI turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində “Karvan” klubunun 6 nömrəli futbolçusu Anqenor Qnapi ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Karvan” klubu 50 manat cərimə edilir (maddə 36.5);

25.10.2023-cü il tarixində I Liqanın VI turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununun 89-cu dəqiqəsində “Karvan” klubunun azarkeşləri tərəfindən qonaq klubun ehtiyat skamyası istiqamətində kənar əşya atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 52.1);

25.10.2023-cü il tarixində I Liqanın VI turunun MOİK – “Mingəçevir” oyununun 22-ci dəqiqəsində MOİK klubunun 44 nömrəli futbolçusu Samir İbrahimov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5).

0