I Liqa: "Qəbələ" "İmişli"ni qəbul edir
26.10.2024 - 13:19
I Liqa: "Qəbələ" "İmişli"ni qəbul edir

Bu gün futbol üzrə Azərbaycan I Liqasında VI tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə mərkəzi görüş baş tutacaq. 

Çempionatın iddialı komandalarından "Qəbələ" doğma meydanda "İmişli"ni qəbul edəcək. Qarşılaşma saat 15:30-da start götürəcək.

5 turdan sonra 13 xal toplayan "Qəbələ" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 9 xalı olan "İmişli" isə 5-ci yerdədir.

I Liqa, VI tur
15:30. "Qəbələ" - "İmişli" 

0