I Liqa: VI tura start verilib
22.10.2025 - 17:27

Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün iki qarşılaşma baş tutub.
"Difai" səfərdə "Şimal"la üz-üzə gəlib.
Qonaqlar rəqibini 4:1 hesabı ilə darmadağın edib.
MOİK - "Baku Sportinq" matçında isə qalib müəyyənləşməyib.
Azərbaycan I Liqası
VI tur
"Şimal" - "Difai" 1:4
Qollar: C.Kəlbəliyev, 3 - K.Kamta, 16 (pen), 37, M.Musazadə, 56, H.Şirəliyev, 76
MOİK- "Baku Sportinq" 0:0
0
0