II Liqa: “Şahdağ Qusar” çempion - YENİLƏNİB
13.05.2025 - 19:09
II Liqa: “Şahdağ Qusar” çempion - YENİLƏNİB

Bu gün Azərbaycan II Liqasında XXV turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, bütün görüşlər eyni vaxtda baş tutub.

Autsayder “Füzuli” ikinci pillədə qərarlaşan “Şəfa”nı qəbul edib. Qonaqlar rəqibinin qapısından 7 cavabsız top keçirib - 7:0.

“Lerik” isə “Şəmkir"ə 1:4 hesabı ilə məğlub olub.

Lider “Şahdağ Qusar”ın rəqibi isə “Qusar” olub. Gərgin keçən qarşılaşmada sevinən tərəf ev sahibləri olub - 3:1.

Bu nəticə ilə "Şahdağ Qusar" çempion tituluna sahib çıxıb.

Azərbaycan II Liqası
XXV tur

13 may

17:00 "Füzuli" – "Şəfa" - 0:7
17:00 "Şahdağ Qusar" – "Qusar" - 3:1
17:00 "Ağdaş" – "Dinamo" - 0:2
17:00 "Göygöl" – "Kür-Araz" - 4:1
17:00 "Hypers Guba" – "Şimal" - 2:1
17:00 "Sheki City" – "Araz Saatlı" - 1:0
17:00 "Lerik" – "Şəmkir" - 1:4