“İmişli” – “İrəvan” oyunu keçirilməyəcək
18.10.2023 - 15:51
“İmişli” – “İrəvan” oyunu keçirilməyəcək

Azərbaycan çempionatının “İmişli” – “İrəvan” oyunu keçirilməyəcək.

Apasport.az xəbər verir ki, PFL-in mətbuat xidməti açıqlayıb.

I Liqada V turun bu gün keçirilməli olan görüşü qonaq komandanın oyuna gəlməməsi səbəbindən baş tutmayacaq. Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. 

Qeyd edək ki, “İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oynamaqdan imtina edib.
 

0