"İnter"dən Dimarko qərarı
28.04.2026 - 23:57
"İnter"dən Dimarko qərarı

"İnter" futbolçusu Federiko Dimarko ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalamağa yaxındır.

Bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Milan təmsilçisi 28 yaşlı müdafiəçiyə 2030-cu ilin yayına qədər müqavilə təklif edib. Dimarko klubla razılaşarsa, onun maaşı da artırılacaq.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Bildirilib ki, onlar müsbət nəticə əldə etməyə yaxındırlar. Federikonun hazırkı müqaviləsi isə 2027-ci ilin yayına qədərdir.

Müdafiəçi bu mövsüm 43 oyunda iştirak edib, 7 qol vurub və 18 məhsuldar ötürmə edib.