“Mən sizə nə fikir bildirməliyəm? Komanda “Şamaxı” ilə oyuna çıxacaq. Boykot özü bir cinayətdir. Kimin nə ixtiyarı var boykot etsin? Müəssisədir, sən də işçisən. İşə çıxmalısan ki, nəyisə tələb edəsən. Bura 90-cı illərin Xalq Cəbhəsi deyil ki, dəstə bağlayıb boykot edəsən. Belə şeylər ola bilməz”.
Apasport.az xəbər verir ki, bu sözləri sport.24.az-a açıqlamasında “İrəvan”ın İdarə Heyətinin sədri Zülfüqar Kazımov bildirib.
Qeyd edək ki, I Liqada çıxış edən “İrəvan”ın futbolçuları məvaciblərini ala bilmədiklərinə görə, bir həftədən çoxdur məşqləri boykot etməklə yanaşı, ötən həftə “İmişli” ilə oyuna da çıxmayıblar.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir