İsveç millisi Azərbaycanla oyuna qara sarğıyla çıxacaq
16.11.2023 - 15:41
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasıyla Bakıdakı matça İsveç millisinin futbolçuları qollarında qara sarğıyla çıxacaq.
Apasport.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, skandinavlar bununla bağlı UEFA-ya rəsmi müraciətlərinə müsbət cavab alıblar. Xatırladaq ki, bu, isveçlilərin keçən ayda Belçika yığmasıyla Brüsseldəki matçda öldürülən iki azarkeşə görə alınan qərardır.
Qeyd edək ki, Azərbaycan - İsveç matçı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
0
0