Juninyo: “Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək"
06.02.2024 - 12:29
Juninyo: “Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək"

“Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək".

Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın legioneri Olavio Juninyo “ojogo.pt” saytına müsahibəsində deyib.

Portuqaliyalı futbolçu Ağdam klubuna uyğunlaşma müddətindən danışıb: “Çempionlar Liqasında oynamasaq da, Avropa Liqasında mübarizə aparırıq. Özümü tamamlanmış hiss edirəm, çünki buradakı çıxışım uğurludur. Komandaya və məşqçinin ideyalarına uyğun gəlirəm. Qısa müddətdir Azərbaycanda olmağıma baxmayaraq, uyğunlaşmışam artıq. Riçard Almeydanın uzun illərdir burada olması işimi daha da asanlaşdırdı. Mənə bir çox şeydə kömək oldu buna görə ona minnətdaram”.

Juninyo “Braqa” ilə keçiriləcək matçlara da toxunub: “Avropa Liqasının qrupunda keçirdiyimiz oyunlar bir xəyal idi. Əvvəllər yaşamadığım fərqli hisslər idi. Mənim üçün dəyərli təcrübə oldu. “Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək. “Braqa” yaxşı oynamağı bacaran komandadır. Lakin biz onları düşünmürük, oyundan-oyuna daha çox irəliləmək istəyirik”.

Qeyd edək ki, braziliyalı hücumçu 2023-cü ilin yayında Portuqaliyanın “Çaves” klubundan transfer olunub.

0