"Karvan" "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
21.07.2025 - 22:02
"Karvan" "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB

Yeni mövsüm üçün hazırlıqlarını Qəbələdə davam etdirən "Şamaxı" bu gün ikinci yoxlama matçına çıxıb.

Apasport.az xəbər verir ki, komanda "Karvan"la üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən matç "Şamaxı"nın qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, "Şamaxı" ilk yoxlama oyununda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olmuşdu.