İspaniya millisinin müdafiəçisi Dani Karvaxal zədəsini sağaldıb. Apasport.az xəbər verir ki, o, “matadorlar”ın İranla oynayacağı matçda meydana çıxa biləcək.
Bu barədə oyun öncəsi mətbuat konfransında baş məşqçi Fernando Yerro məlumat verib: “Dani fizioterapevtlərlə oyuna hazırlaşır. Artıq tam məşqlərə də başlayıb. İranla oyunda meydana çıxa bilər. Üç xala ehtiyacımız var və bunu qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
Qeyd edək ki, Çempionlar Liqasının finalında sıradan çıxan Dani Karvaxal İspaniyanın dünya çempionatındakı ilk matçını zədə səbəbindən buraxmışdı. Onun əvəzinə Naço meydana çıxmışdı.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub