Bu gün “Kəpəz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Rauf Əliyev, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri İsgəndər Cavadov, Elmar Məmmədyarov, Fərid Mansurov, Könül Mehtiyeva, baş katib Sərxan Hacıyev və “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri iştirak ediblər. AFFA rəhbərliyi akademiyada yaradılan şəraitlə tanış olublar.
AKADEMİYA
Akademiya otaqları: 8 otaq - 52 nəfərlik
Əsas komanda üçün otaqlar: 16 otaq - 44 nəfərlik
1 restoran, 1 mətbəx
Fitnes, sauna, 4 paltardəyişmə otağı
Tibb otaqları
İclas otağı
Kəpəz PFK əməkdaşları üçün ofis
İnzibati heyət üçün otaqlar
İstirahət otağı
Camaşırxana
Texniki və xidməti otaqlar
Qeyd: Bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir