Milli komandalara görə verilən fasilədən sonra Misli Premyer Liqasında mübarizə bərpa olunur.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan çempionatında VII tura start veriləcək.
Turun ilk oyununda “Araz-Naxçıvan” Şamaxıda “Kəpəz”i qəbul edəcək.
Naxçıvan təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə baş məşqçi dəyişikliyinə əl atıb. Cavid Hüseynovla yollarını ayıran klub ukraynalı mütəxəssis Yuri Maksimovu baş məşqçi təyin edib.
Hazırda “Araz-Naxçıvan” 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Kəpəz” isə 7 xalla 7-ci yerdədir.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
I dövrə, VII tur
9 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Kəpəz” 0:1
Baş hakim: Rəşad Əhmədov
Köməkçi hakimlər: Elşad Abdullayev, Tərlan Talıbzadə
Dördüncü hakim: Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Şamaxı şəhər stadionu
“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli 29. Ceyhun Nuriyev 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 8. Mustafa Əhmədzadə 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 10. Şarl Boli 19. Abdallah Sudi
Baş məşqçi: Yuri Maksimov
“Kəpəz”: 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 7. Namik Ələskərov 9. Kennet Kalunqa 66. David Domqjoni 11. Viktor Stina 33. Benito 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov
Baş məşqçi: Azər Məmmədov