“Kəpəz” Tovuza “köçdü”
13.10.2023 - 15:27
“Kəpəz” Tovuza “köçdü”

“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək. Gəncə klubunun rəsmi müraciəti, “Turan Tovuz” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib. Tərəflərin razılığı ilə “Kəpəz” qonaqlarını qış fasiləsinə qədər Tovuz şəhər stadionunda qəbul edəcək. 

“Kəpəz” klubunun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək. Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Misli Premyer  Liqasının və Əvəzedicilər Liqasının X turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Misli Premyer Liqası
10-cu tur 
21 oktyabr
“Kəpəz” – “Zirə”

Tovuz şəhər stadionu, 15:00

Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr 
“Turan Tovuz” – “Qarabağ”

Tovuz şəhər stadionu, 14:00
 

0