"Kəpəz"də şok: Şuaybu ilə yollar ayrıldı
01.11.2023 - 09:23
"Kəpəz"də şok: Şuaybu ilə yollar ayrıldı

Abdullahi Şuaybu ilə sabiq agenti Dmitri Selyuk arasında qalmaqal davam edir.

Apasport.az sport24.az-a istinadən xəbər verir ki, rusiyalı menecer sabiq müştərisinin Hepatit B olduğunu iddia edir və belə vəziyyətdə onun futbol oynamasını mümkünsüz sayır. 

Selyuk nigeriyalının sağlamlıq testindən keçərkən analizləri dəyişdirdiyini və səhhəti ilə bağlı saxta sənəd təqdim etdiyini iddia edir. Menecerin bu barədə klub rəhbərliyini də xəbərdar etdiyi söylənilir.

“Sarı-göylər”in mətbuat katibi Azad Mustafayev açıqlamasında futbolçunun 3 aydan bir həkim müayinəsindən keçdiyini bildirdi: “Abdullahi Şuaybu vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunur. Sonuncu analizini də bu gün verib. Səhhətində hər hansı dəyişiklik müşahidə olunsa, buna uyğun qərar veriləcək”.

Günün sonunda əldə olunan məlumata əsasən, nigeriyalı forvardın analizi müsbət çıxıb. Forvard həqiqətən də Hepatit B virusunun daşıyıcısıdır. Bu səbəbdən “Kəpəz” rəhbərliyi nigeriyalı ilə yolları ayırmaq qərarına gəlib. Şuaybu artıq dünən axşam saatlarında Azərbaycanı tərk edib.

0