"Kəpəz"in futbolçusu Tacikistan millisinə çağırılıb
11.03.2025 - 12:48

"Kəpəz"in futbolçusu Tacikistan millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, komandanın üzvü Şervoni Mabatşoev milliyə çağırılıb.
Yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına cəlb olunub.
Tacikistan milli komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki görüş Düşənbədə keçiriləcək.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə
- Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək
1
0