"Kəpəz"in futbolçusunun cəzası dəyişdirildi
29.04.2025 - 18:51
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda “Kəpəz”ın Gənclər Liqasında çıxış edən U-19 komandasının futbolçusu Amur Yusifovla bağlı şikayətinə baxılıb.
Gəncə təmsilçisinin apellyasiyası qismən təmin edilib.
“Qarabağ”la matçda rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması barədə qərar dəyişdirilib. 3 oyunluq cəzanın 1 matçı şərti tətbiq ediləcək. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 23-ü hesaba alınıb.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
0
0