Klublar Komitəsində yeni sədr
19.10.2023 - 18:07
Klublar Komitəsində yeni sədr

Klublar Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bu gün keçirilən tədbir AFFA-nın inzibati binasında baş tutub. İclasda assosiasiyanın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib. 

Qeyd edək ki, iclasda digər məsələlər müzakirə olunub.

0