Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının rəqibləri də bəlli olub.
“Neftçi” bu raundda “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bakılılar ilk oyunu səfərdə keçirəcək.
“Sabah”ın rəqibi “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi olub. Bakı klubunun avrokuboklarda debütü səfərdə gerçəkləşəcək.
“Qəbələ” isə “Omoniya” (Kipr) ilə qarşılaşacaq. Təmsilçimiz mübarizəyə evdə start verəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi