Konfrans Liqası: “Neftçi” rəqibini tanıdı
15.06.2022 - 15:19
Konfrans Liqası:  “Neftçi” rəqibini tanıdı

“Neftçi”nin 2022/23 mövsümündə Konfrans Liqasındakı ilk rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın gümüş mükafatçısı II təsnifat mərhələsində  ilə üz-üzə gələcək.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində səpələnmişlərin sırasında yer alan bakılılar “Aris”i (Kipr) sınağa çəkəcək. Azərbaycan klubu ilk görüşünü səfərdə keçirəcək.

Bu mərhələnin matçları iyulun 21-də və 28-də keçiriləcək.

0