Gənclər Liqası: “Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB
01.10.2025 - 15:50
Gənclər Liqası: “Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB

UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin II tur qarşılaşmaları keçirilir.

Apasport.az xəbər verir ki, yarışda təmsilçimiz "Qarabağ"ın U-19 komandası Bakıda meydana çıxıb.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gəlib.

Suraxanıda yerləşən "Azərsun Arena"da keçirilən matç saat 14:00-da başlayıb.

Oyunda sevinən tərəf qonaqlar olub. Görüş "Kopenhagen"in böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.

UEFA Gənclər Liqası
II tur
14:00. “Qarabağ” U19 - “Kopenhagen” U19 0:5